Dünya çempionatında 8 medal və 7 lisenziya
0
0
Lent.az-ın məlumatına görə, yarışda hər üç növdə tam heyətlə - 21 pəhləvanla çıxış edən Azərbaycan yığması ümumilikdə 2 qızıl, 1 gümüş, 5 bürünc medal və London olimpiadasına 7 vəsiqəyə sahib olub.
8 medalın yarısı sərbəst güləşçilərimizin payına düşüb. Şərif Şərifovun (84 kq) qızıl medal qazanmasının ardından Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq) və Camaləddin Maqomedov (120 kq) bürünc medala layiq görülüb. Onların 4-ü də olimpiya lisenziyası əldə edib. Ümumi hesabda sərbəst güləş millimiz Rusiya (43 xal), İran (41) və ABŞ-dan (38) sonra 37 xalla 4-cü yeri tutub.
Daha 3 medala qadın güləşçilərimiz yiyələnib. Mariya Stadnik (48 kq) gümüş, Patimat Baqomedova (51 kq) və Sona Əhmədli (59 kq) bürünc medal qazanıb. Stadnik həm də olimpiya lisenziyasına sahib çıxıb. 51 kq və 59 kq olimpiya çəkiləri olmadığından Baqomedova ilə Əhmədli lisenziyasız qalıb. Ümumi hesabda Yaponiya (52 xal), Kanada (33), Monqolustan və ABŞ-dan (hər ikisi 32) geri qalan Azərbaycan 31 xala malik Rusiya ilə birgə 5-6-cı yerləri bölüşdürüb.
Nəhayət, yunan-Roma güləşçilərimizdən yalnız Rövşən Bayramov (55 kq) medal qazana bilib. Bayramov qızıl medal və London olimpiadasına lisenziya əldə edib. Digər lisenziyaya 5-ci yeri tutmuş Saman Ahman Tahmasebi (84 kq) layiq görülüb. Ümumi komanda hesabında 21 xala malik Azərbaycan Bolqarıstanla birgə 6-7-ci yerləri bölüşdürüb. İlk 5 yeri Rusiya (41 xal), Türkiyə (35), İran (30), Belarus (25) və Qazaxıstan (23) tutub.
Beləliklə, güləş üzrə dünya çempionatından sonra Azərbaycan idmançılarının 2012-ci il London Yay Olimpiya Oyunlarına qazandıqları lisenziyaların sayı 16-ya yüksəlib. Əvvəllər atletikanın çəkicatma növündə Dmitri Marşin, taekvondoçularımız Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçumuz Soltan Migitinov (75 kq), güllə atıcımız İradə Aşumova, kanoeçilərimiz Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr) və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti (2 nəfərlik qayıqla 1000 metr), akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva (hər 2-si 1 nəfərlik qayıqla 2000 metr) da 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar.