AFFA-dan jurnalistlərə təklif və hədiyyə - FOTO
18 iyul 2012 00:57 (UTC +04:00)

AFFA-dan jurnalistlərə təklif və hədiyyə - FOTO

0
Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

M.Nərimanoğlu bildirib ki, jurnalistlərin beynəlxalq oyunlarda fəaliyyətini gücləndirmək məqsədilə AFFA-nın rəhbərliyi assosiasiyanın vəsaiti hesabına mətbuat nümayəndələrinin ingilis dili kurslarında iştirakını təklif edib. Təklif tədbir iştirakçıları tərəfindən müsbət qarşılanıb.

Tədbirin sonunda jurnalistlərə AFFA-nın hədiyyələri təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 775

Oxşar yazılar