Neymar: “Qızıl top”u o qazanmalıdır”
0
0
Braziliya milli komandasının və “Santos” klubunun futbolçusu Neymar 2012-ci ildə “Qızıl top”u almağa kimin namizəd olması ilə bağlı fikirlərini açıqlayıb. Lent.az-ın məlumatına görə, 20 yaşlı hücumçu ən yaxşı futbolçu üçün müəyyənləşdirilən mükafatın Lionel Messiyə verilməsini məqsədəuyğun sayıb.
Neymar deyib: “Mən “Qızıl top qazana bilərəmmi? Yox. Bu mükafat Messi üçündür. O, dünyanın ən yaxşısıdır və rəqibi yoxdur. Lionel qalib olmalıdır. Çünki o, ən böyük dahidir. Hər bir oyunda yeni nə isə fikirləşir. Yəni, Messi daha bir “Qızıl top”a layiqdir. Biz hamımız bunu bilirik”.
Qeyd edək ki, Lionel Messi 2012-ci ilin ən yaxşı futbolçusu adına İspaniya “Barselona”sındakı həmklublarından birini layiq görüb.