Sadıq Sadıqov: “Doğrudan da şok oldu” - MÜSAHİBƏ
0
0
“Zestafoni” ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü barədə hansı fikirdəsiniz?
- Oyun gərgin keçdi. Doğrudan da bu nəticəni gözləyirdik. Elə bunun üçün də gəlmişdik. Fikrimizdə udmaq da var idi. Ancaq bugünkü nəticə də pis deyil. Matç “Neftçi”nin diktəsi ilə keçdi. Oyunumuz çox gözəl alındı. “Neftçi” bir daha sübut etdi ki, Bakıdakı qələbə təsadüfi deyil.
- İlk 20 dəqiqə ərzində 2 qol buraxdığınız vaxt bunu şok kimi qəbul etmədiniz?
- Doğrudan da şok oldu. Ona görə də oyunun çox gərgin keçdiyini dedim. “Zestafoni” də görüşə qələbə üçün çıxmışdı. Qələbədən başqa yolları da yox idi. Komandamızın məşqçiləri isə oyunu çox dərindən analiz etmişdilər. Oyun göstərdi ki, doğrudan da “Neftçi” elə “Neftçi”dir. Bu qədər tamaşaçının, istinin, şəraitsizliyin qarşısında qələbəyə bərabər heç-heçə əldə etdi. Bura oteldən 1 saat 20 dəqiqəyə gəlmişik. Otelimiz yaxşı deyildi, şəraitimiz yaxşı deyildi. Amma sağ olsunlar uşaqlar, onlara minnətdaram.
- Növbəti rəqibinizi də üstələmək imkanlarınızı necə dəyərləndirirsiniz?
- Qarşıda bizi İsrail çempionu “Hapoel”lə oyun gözləyir. Həmişə demişəm, indi də bildirirəm: Hər şey Allahın qismətindən asılıdır. Komandamıza uğurlar arzulayıram.
Elşən MƏMMƏDOV