Olimpiada-2012: Aleksandr Aleksandrovdan uğurlu start
0
0
Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov 2012-ci il London Yay Olimpiya Oyunlarına uğurla start götürüb. Lent.az-ın məlumatına görə, kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən 22 yaşlı avarçəkənimiz ¼ finala vəsiqə qazanıb.
2000 metr məsafəyə seçmə yürüşdə onun rəqibləri Lassi Karonen (İsveç), Anderson Noçetti (Braziliya), Matias Raymon (Monako), Ceyms Freyzer-Makkenzi (Zimbabve) və Pol Etia Ndumbe (Kamerun) olub. Aleksandrov startdaca təşəbbüsə yiyələnib. Bunun nəticəsidir ki, avarçəkənimiz 500 metrlik bölümü 1 dəqiqə 38,77 saniyə nəticə ilə 1-ci pillədə başa vurub. O, hətta 2008-ci il Pekin olimpiadasının və 2011-ci il dünya çempionatının finalçısı, 36 yaşlı isveçli avarçəkən Lassi Karoneni də geridə qoyub. Amma sonrakı bölümdə Karonen tempi artırıb. O, 1000 metrlik bölümü 3 dəqiqə 19,03 saniyəyə keçib və Aleksandrovu 0, 20 saniyə geridə qoyub. Get-gedə aradakı məsafəni artıran isveçli avarçəkən 1500 metrlik bölümdə 5 dəqiqə 0,71 saniyə nəticə göstərib və təmsilçimiz ondan 4,62 saniyə arxada qalıb. Aleksandrova ¼ finala çıxmaq üçün ilk “3-lüy”dəki yerini qoruması lazım idi. Bu səbəbdən, avarçəkənimiz son bölümdə mövqeyini qorumaq üçün mübarizə aparıb və buna nail olub.
Nəticədə Lassi Karonen 6 dəqiqə 45,42 saniyə nəticə ilə birinci, Aleksandr Aleksandrov 6 dəqiqə 49,81 saniyə göstərici ilə ikinci, finişə 6 dəqiqə 58,60 saniyəyə çatan monakolu Matias Raymon isə üçüncü yeri tutub. Hər üç avarçəkən birbaşa ¼ finala yüksəlib.
Sonrakı yerləri tutan braziliyalı Anderson Noçetti (7:03.78), zimbabveli Ceyms Freyzer-Makkenzi (7:16.83) və kamerunlu Pol Etia Ndumbe (7:29.77) isə mübarizəni təsəlli yürüşündə davam etdirəcəklər.
Qeyd edək ki, təsəlli yürüşləri iyulun 29-da, ¼ final yürüşləri isə iyulun 30-da olacaq.