Olimpiada-2012: Boksda ilk itki
0
0
Azərbaycan boksçusu Elvin Məmişzadə 2012-ci il London Yay Olimpiya Oyunlarında uğursuzluğa düçar olub. Lent.az-ın məlumatına görə, 21 yaşlı idmançımız elə ilk döyüşdəcə uduzaraq, mübarizəni dayandırıb.
52 kq çəki dərəcəsində yer alan Məmişzadə 1/16 finalda Monqolustan təmsilçisi Tuqstsoqt Nyambayara 11:18 hesabı ilə yenilib. Hərçənd, o, ilk raunddan qalib ayrılıb – 5:4. Lakin sonradan üstünlüyü ələ alan Nyambayar növbəti setlərdə eyni hesablı qələbə qazanıb - 7:3. Bununla da olimpiadaya 8 boksçu ilə qatılan millimiz ilk itki verib.
Qeyd edək ki, daha öncə 75 kq çəki dərəcəsində yarışan Soltan Migitinov ilk görüşünü qələbə ilə başa vuraraq, 1/8 finala yüksəlib. Bu gecə saat 01:45-də daha bir boksçumuz Vətən Hüseynli Karlos Qonqora Merkado (Ekvador) ilə üz-üzə gələcək.