Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı -FOTO -VİDEO
07 may 2024 02:19 (UTC +04:00)

Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı-FOTO-VİDEO

İspaniyanın Barselona şəhərində keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq Avropa çempionu olan Pərviz Qasımov və komandanın digər üzvləri - Emin Çaqayev və Şükran Soltanov gecə saatlarında Vətənə qayıdıblar.

Len.az APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, idmançıların yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bundan əvvəl Pərviz Qasımov Bakıda keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq mütləq çempion olmuşdu.

O eyni zamanda Milli Konservatoriyada müəllim vəzifəsində çalışır.

# 4467
avatar

Oxşar yazılar