Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
19 may 2024 11:43 (UTC +04:00)

Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”

Məşhur sənətçi Ajda Pekkan tənha həyat sürən Sezen Aksu ilə eyni səhnəni paylaşıb-paylaşmayacaqları sualına cavab verib. 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, pop musiqisinin super ulduzu Ajda Pekkan iyunun 12-də onu müşayiət edəcək bir çox sənətçi ilə ilk stadion konsertini verməyə hazırlaşır. 

Unudulmaz bir gecə keçirməyə hazırlaşan Ajda Pekkan jurnalistlərlə söhbət edib.

Pekkan Sezen Aksunun səhnə ilə vidalaşma qərarı ilə bağlı sualları da cavablandırıb. 

Yaxın dostu Aksuyu səhnəyə dəvət edə bilmədiyini deyən məşhur sənətçi "Sezen, mənə səhnə demə, təzyiqim qalxır. Ona görə də hörmət edirəm" söyləyib.  

Ajda Pekkan, "Deyirəm lütfən, birlikdə olaq, mən də bu konsertdə bunu istədim. Sezeni necə razı salacağımı bilmirəm" sözlərini də əlavə edib. 

“Minik Sərçə” ləqəbli ustad sənətçi Sezen Aksu 2016-cı ildə 40 illik karyerasına son qoyduğunu açıqlayıb və səhnə ilə vidalaşıb. 

Aksu 2016-cı il ianvarın 16-da verdiyi konsertdə "Allahın izni ilə 40 ili tamamladıq. Mən o vaxt özümü balaca qız hesab edirdim, hələ də belə hiss edirəm, amma bədən ruha xəyanət edir" deyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3327
avatar

Oxşar yazılar