Tabut açıldı: Qızı içəridəki kişini görüb  DƏHŞƏTƏ gəldi
19 may 2024 14:40 (UTC +04:00)

Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi

Danimarkanın cənubundakı Obenro şəhərindəki xəstəxanaya bitişik kilsədə Hans Qrand üçün dəfn mərasimi planlaşdırılıb. Lakin son vida üçün tabutun açıldığı an mərhumun qızı içəridə tanımadığı kişini görəndə dəhşətə gəlib.

Açıq tabut mərhumun qohumları gələnə qədər kilsəyə qoyulub. Qızı Haydi Qrand tabuta ilk yaxınlaşanda içəridə qəribə bir adam görəndə dəhşətdən qışqırıb.

Dəhşətli səhv xəstəxananın meyitxanasında baş verib. İşçilərin təsadüfən iki cəsədi qarışdırdığı məlum olub.

Daha sonra xəstəxana ölən hər iki şəxsin yaxınlarından üzr istəyib. Məlum olub ki, Hans Qrantı elə həmin gün Eqerzund şəhərindəki kilsənin yanında saxta adla səhvən dəfn ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2844
avatar

Oxşar yazılar