Futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində ilk oyununa çıxıb.
APA xəbər verir ki, millimiz səfərdə Avstriya yığmasının qonağı olub.
Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan matçda ilk hissə ev sahibinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Marsel Sabitzer və Mixael Qreqoritş oyunun 28 və 29-cu dəqiqəsində fərqləniblər.
50-ci dəqiqədə kapitan Marsel Sabitzer özünün ikinci, komandasının üçüncü qolunu vurub.
Emin Mahmudovla 64-cü dəqiqədə hesabdakı fərqi azaltsaq da Kristof Baumqartner 5 dəqiqə sonra hesabı 4:1 edib.
Beləliklə, Azərbaycan millisi 5 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.
Xatırladaq ki, 1981-ci ildən Avstriya millisi bu şəhərdə qələbə qazana bilmirdi.

Azərbaycan millisi starta 4:1 məğlubiyyətlə başladı
Oxşar yazılar

Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24