Goranboyda "Ford"la vurulan piyada  öldü
01 noyabr 2026 21:22 (UTC +04:00)

Goranboyda "Ford"la vurulan piyada öldü

0

Goranboyda piydanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Borsunlu-Rəhimli-Səfikürd avtomobil yolunda qeydə alınıb.

36 yaşlı Ş. Məmmədov idarə etdiyi “Ford Tranzit” markalı avtomobil ilə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən 34 yaşlı A. Vəliyevi vurub.

Piyada dərhal xəstəxanaya çatdırılıb və həkimlərin müdaxiləsinə baxmayaraq piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 500

Oxşar yazılar