“Bavariya” fransalı hücumçusu Kinqsli Komanın Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna satılması ilə razılaşıb. Futbolçu özü də transferə razılıq verib.
Lent.az xəbər verir ki, transfer məbləği təxminən 30 milyon avro təşkil edəcək. Fransalı oyunçu bu həftə tibbi müayinədən keçəcək və üçillik müqavilə imzalayacaq.
Koman 2017-ci ilin yayından alman klubunda çıxış edir. Bu müddət ərzində Koman bütün turnirlərdə 339 oyunda iştirak edib, 72 qol vurub və 71 qol ötürməsi edib. Futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, onun bazar dəyəri 30 milyon avrodur.