Bu gün görüşə gedir:  Fatih Terimin yeni ünvanı
05 avqust 2025 15:21 (UTC +04:00)

Bu gün görüşə gedir: Fatih Terimin yeni ünvanı

"Qalatasaray"dan sonra "Panatinaikos" və "Əl-Şabab"ı çalışdıran Fatih Terim baş məşqçilik karyerasını davam etdirmək qərarına gəlib. 

Lent.az bildirir ki, “Transfermarkt”ın məlumatına görə, 71 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirlikləri komandasına baş məşqçilik edəcək. Terim görüş üçün bu gün Dubaya gedəcək. 

Ötən mövsüm ortası transfer dönəmində Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunun baş məşqçisi vəzifəsinə keçən Fatih Terim böyük səs-küyə səbəb olub. 71 yaşlı təcrübəli baş məşqçi mövsümün sonunda ərəb klubunu tərk edib. 

Fatih Terim "Əl-Şabab"da 23 rəsmi oyun keçirib. 71 yaşlı məşqçi 12 qələbə, 4 heç-heçə və 7 məğlubiyyətlə hər oyuna orta hesabla 1,74 xal toplayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308

Oxşar yazılar