"Çelsi" "Mançester Yunayted"in oyunçusunun transferinə yaxınlaşıb
08 avqust 2025 16:15 (UTC +04:00)

"Çelsi" "Mançester Yunayted"in oyunçusunun transferinə yaxınlaşıb

Londonun "Çelsi" klubu hücum xəttini gücləndirməyi planlaşdırır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, insayder Devid Ornşteynin sözlərinə görə, londonlular “Mançester Yunayted”in cinah oyunçusu Alexandro Qarnaçonun transferində maraqlıdırlar və artıq müqavilə ilə bağlı danışıqları intensivləşdiriblər.

Mənbənin sözlərinə görə, argentinalı yalnız "Çelsi"yə keçməyə və ya hazırkı klubunda qalmağa hazırdır. Danışıqların ciddi çətinliklər olmadan baş tutacağı gözlənilir.

Transferin təxmini məbləğinin 40 milyon avro olduğu qeyd edilir. Mümkün müqavilənin şərtləri hələ açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336

Oxşar yazılar