Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə  çıxdı
30 aprel 2026 21:39 (UTC +04:00)

Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxdı

0

Elvin Kazımov muaytay idman növü üzrə 1-ci yerə layiq görülüb.

Lent.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Gürcüstanda fəaliyyət göstərən "Qafqaz Arena" İdman Assosiasiyasının yetirməsi Elvin Kazımov peşəkar liqalardan biri hesab olunan "Thailand Arena Stadium Liqası"nda uğurla çıxış edib", - paylaşımda bildirilib və əlavə edilib ki, soydaşımız muaytay idman növü üzrə 1-ci yerə layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar