Emiliano Martines "Yuventus"a  keçəcək
10 iyun 2026 14:54 (UTC +04:00)

Emiliano Martines "Yuventus"a keçəcək

0

Argentinanın heyətində Dünya çempionatının qalibi qapıçı Emiliano Martines İngiltərənin "Aston Villa" klubundan Turinin "Yuventus" klubuna keçəcək.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, İtaliya klubu 33 yaşlı qapıçı ilə üç illik müqavilə imzalayacaq.

Emiliano Martines 2020-ci ildən "Aston Villa"da çıxış edir. O, klubla son mövsümdə 44 oyun keçirib və 49 qol buraxıb. Komanda Avropa Liqasının qalibi olub.

Martinesin "Aston Villa" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir. 

"Transfermarkt" onun transfer dəyərini 12 milyon avro olaraq qiymətləndirir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar