Onkoloqlardan ÇAĞIRIŞ:  evdə istifadə olunan bu məşhur vasitədən  dərhal imtina edin
10 iyun 2026 10:49 (UTC +04:00)

Onkoloqlardan ÇAĞIRIŞ: evdə istifadə olunan bu məşhur vasitədən dərhal imtina edin

0

Bir çox insan ağır xəstəliklərdən qorunmanın yalnız genetika və ya siqaretdən imtina kimi böyük qərarlardan asılı olduğunu düşünür. Lakin həkimlər bunun tam doğru olmadığını bildirirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, onkoloqların sözlərinə görə, xərçəng riski yalnız böyük həyat tərzi seçimləri ilə deyil, gündəlik həyatda uzun illər ərzində yığılan kiçik təsirlərlə də formalaşır. Mütəxəssislər xüsusilə evdə istifadə olunan hava təravətləndiricilərinə diqqət çəkirlər.

Həkimlər bildirirlər ki, sprey, elektrikli aroma cihazları və avtomobil ətirləri kimi məhsulların tərkibində uçucu üzvi birləşmələr ola bilər. Bunlara benzol və formaldehid kimi maddələr daxildir ki, onlar havaya yayılaraq uzunmüddətli təsir göstərə bilər. Xüsusilə ftalatlar və terpenlər kimi maddələr hormon sisteminə təsir edə və bəzi xərçəng növləri ilə əlaqələndirilə bilər. Buna görə də onkoloqlar kimyəvi hava təravətləndiricilərindən mümkün qədər uzaq durmağı tövsiyə edirlər.

Mütəxəssislər havanı təmiz saxlamaq üçün ən yaxşı üsulun müntəzəm havalandırma olduğunu vurğulayırlar. Bundan əlavə, soda, aktiv kömür, portağal qabığı, mixək və təbii çiçək qoxuları daha təhlükəsiz alternativ hesab olunur.

Həkimlər sağlam qidalanma, günəşdən qorunma, siqaretdən uzaq durmaq, fiziki aktivlik, keyfiyyətli yuxu və mütəmadi tibbi müayinələrin xərçəng riskini azaltmaqda mühüm rol oynadığını da bildirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 572

Oxşar yazılar