Rafet El Roman doğulduğu evdə  - "Hekayəmin başladığı yerə  qayıtdım" - VİDEO
10 iyun 2026 13:42 (UTC +04:00)

Rafet El Roman doğulduğu evdə - "Hekayəmin başladığı yerə qayıtdım" - VİDEO

0

Türkiyəli məşhur müğənni Rafet El Roman illər sonra doğulduğu Edirne şəhərinin Havsa qəsəbəsindəki evinə gedib.

Lent.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sənətçi uçuq vəziyyətdə olan evi sosial media izləyiciləri ilə paylaşıb.

“Dəyərli musiqisevərlər, hekayəmin başladığı yerdəyik: Havsa, Edirne… Mən 1968-ci ildə bu evdə dünyaya gəlmişəm. Yadıma gəlir ki, burada bir otaq da vardı. İllər keçdi və hər şey böyük ölçüdə dağıldı. Bu ev anam və atamdan mənə qalan 3-4 hektarlıq ərazidir".

Sənətçi evi xatırladığı orijinal halına uyğun şəkildə yenidən tikdirəcəyini bildirib və izləyicilərinə müraciət edib: “Məni sevən və xatırlayan sizlər, buralardan keçəndə mütləq gəlin, çünki sevənlərimə qapım həmişə açıq olacaq. Bu qapı, mən burada olsam da, olmasam da, hər kəsə açıq qalacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar