"Benfika"ya yeni baş məşqçi  təyin edildi
10 iyun 2026 04:42 (UTC +04:00)

"Benfika"ya yeni baş məşqçi təyin edildi

0

"Benfika" futbol klubu Marku Silvanın komandanın baş məşqçisi postuna təyin olunduğunu bildirib.

Lent.az bu barədə Portuqaliya təmsilçisinin "X" sosial şəbəkə hesabına istinadən xəbər verir.

48 yaşlı mütəxəssis ikiillik müqaviləyə imza atıb. Müqavilə müddətinin 2028/2029-cu illər mövsümünə qədər uzadılma imkanı var.

Daha əvvəl "qartallar" "Real Madrid" klubunun baş məşqçi Joze Mourinyo ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün 15 milyon avro ödədiyini elan edib. Qeyd edilir ki ki, portuqaliyalı mütəxəssis "Benfika" ilə əməkdaşlığa xitam verilməsinə razılıq verib.

"Benfika"ya təyinatından əvvəl Silva 2021-ci ildən bəri "Fulhem"ə rəhbərlik edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar