Finalda “Qarabağ” “Zirə” ilə üz-üzə gələcək, Aygün Kazımova konsert verəcək
10 may 2024 13:48 (UTC +04:00)

Finalda “Qarabağ” “Zirə” ilə üz-üzə gələcək, Aygün Kazımova konsert verəcək

İyunun 2-də Azərbaycan Kubokunun finalında “Qarabağ” “Zirə” ilə üz-üzə gələcək.

Lent.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Həlledici qarşılaşmadan öncə konsert proqramı təşkil olunacaq. Xalq artisti Aygün Kazımova konsert proqramı ilə çıxış edəcək.

“Azərbaycan Kubokunun final matçı mövsümün bağlanış oyunudur. Hər zaman olduğu kimi bu qarşılaşmanın da rəngarəng alınması üçün çalışırıq. Oyundan öncə  Xalq artisti Aygün Kazımovanın konserti baş tutacaq. Bir çox planlarımız yekunlaşmaq üzrədir. Tamaşaçıların rahatlığı və finaldan zövq alması üçün hər bir imkan yaradılacaq” deyə, məlumatda bildirilib.

# 1749
avatar

Arzu Qurbanlı

Oxşar yazılar