Futbol klubu baş məşqçinin bu hərəkətinə görə fəaliyyətini dayandırdı
19 avqust 2025 18:25 (UTC +04:00)

Futbol klubu baş məşqçinin bu hərəkətinə görə fəaliyyətini dayandırdı

Rusiyanın Novosibirsk şəhərinin “Qudaouta” futbol komandası baş məşqçi Aleksey Prihodkonun hakimi Artyom Petrenkoya zərbə vurması ilə bağlı qalmaqaldan sonra fəaliyyətini dayandırıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, insident avqustun 13-də “Proqrestor”la oyunda baş verib. Oyunun 72-ci dəqiqəsində “Qudaouta” futbolçuları və baş məşqçi hesab ediblər ki, hakim “ofsayd”ı qeydə almayıb.

“Qudaouta” oyunçusu emosional şəkildə etiraz edib və hakim ona sarı vərəqə göstərib. Bundan sonra Prihodko meydana çıxaraq hakimi ayaqla vurub, həmçinin sözlü şəkildə təhqir edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar