Futbol oyununda qeyri-adi  hadisə: Meydanın yarısına günəş çıxdı,  digər yarısına leysan yağdı  -  VİDEO
08 iyun 2026 12:38 (UTC +04:00)

Futbol oyununda qeyri-adi hadisə: Meydanın yarısına günəş çıxdı, digər yarısına leysan yağdı - VİDEO

0

Həvəskar klubların oyunu zamanı baş verən maraqlı hava hadisəsi hər kəsi təəccübləndirib.

Lent.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, oyun davam etdiyi vaxt meydançanın bir hissəsində günəşli hava hökm sürərkən, digər hissəsində güclü yağış yağıb. 

Meydançanın bir hissəsində quru örtük üzərində mübarizə aparan futbolçular cəmi bir neçə metr irəlilədikdən sonra yağış altında qalıblar. Hava şəraitindəki bu kəskin fərq matçın ən maraqlı məqamlarından biri kimi yadda qalıb. 

Tribunadakı azarkeşlər və ekran qarşısındakı futbolsevərlər eyni anda həm günəşin, həm də yağışın təsir etdiyi meydançanı maraqla izləyiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar