10 dəqiqəyə hazır olan yumurtasız  şokoladlı   keks  RESEPTİ
19 oktyabr 2026 17:42 (UTC +04:00)

10 dəqiqəyə hazır olan yumurtasız şokoladlı keks RESEPTİ

0

Yumurtasız da yumşaq, nəmli və dadlı şokoladlı keks hazırlamaq mümkündür. Evdə olan sadə ərzaqlarla hazırlanan bu şirniyyat həm vaxta qənaət edir, həm də çay süfrəsinə xüsusi dad qatır. Üstəlik, hazırlanması olduqca asandır.

Lent.az bu resepti təqdim edir:

Lazım olan ərzaqlar

- 1,5 stəkan un

- 1 stəkan süd

- ¾ stəkan şəkər tozu

- 3 xörək qaşığı kakao

- ½ stəkan duru yağ

- 1 çay qaşığı qabartma tozu

- ½ çay qaşığı çay sodası

- 1 çay qaşığı vanil

- 1 xörək qaşığı limon suyu və ya sirkə

- Bir çimdik duz

Hazırlanma qaydası

Əvvəlcə dərin bir qaba süd, şəkər tozu və duru yağ əlavə edilərək yaxşıca qarışdırılır. Şəkər qismən həll olduqdan sonra qarışığa limon suyu əlavə edilir. Başqa bir qabda un, kakao, qabartma tozu, çay sodası, vanil və duz qarışdırılır. Quru ərzaqlar ələkdən keçirilərək maye qarışığa əlavə olunur. Bütün ərzaqlar hamar xəmir alınana qədər qarışdırılır.

Xəmiri uzun müddət çalmaq məsləhət görülmür. Əks halda keksin yumşaqlığı azala bilər. Keks qəlibi yağlanır və xəmir içinə tökülür. Əvvəlcədən 180 dərəcəyə qədər qızdırılmış sobada təxminən 30-35 dəqiqə bişirilir.

Keksin hazır olub-olmadığını yoxlamaq üçün ortasına taxta çöp batırılır. Çöp təmiz çıxırsa, keks hazırdır. Sobadan çıxarılan keks 10-15 dəqiqə soyudulduqdan sonra qəlibdən çıxarılır. İstəyə görə üzərinə əridilmiş şokolad, şəkər kirşanı və ya kakao səpmək olar.

Keksin yumşaq alınmasının sirri

Keksin daha yumşaq və nəmli olması üçün unun miqdarını artırmamaq, xəmiri həddindən artıq qarışdırmamaq və bişirmə müddətini uzatmamaq vacibdir. Süd otaq temperaturunda olmalıdır. İlk 25 dəqiqədə sobanın qapısını açmamaq məsləhətdir.

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 100

Oxşar yazılar