İnsanlar yaşlandıqca yuxudan niyə daha tez oyanırlar?
19 oktyabr 2026 11:14 (UTC +04:00)

İnsanlar yaşlandıqca yuxudan niyə daha tez oyanırlar?

0

Yaş artdıqca insanların uzun müddət yatmaq qabiliyyəti tədricən azalır. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər bunun səbəbini orqanizmdə baş verən təbii qocalma prosesləri ilə əlaqələndirirlər.

Yaşlı insanların hələ günəş doğmamış oyandıqları, yeniyetmələrin isə günortaya qədər yatmağı sevdikləri barədə çoxsaylı zarafatlar var. Məlum olur ki, bu fikirlərdə müəyyən həqiqət payı mövcuddur.

Orqanizmimizin təbii şəkildə yuxuya getdiyi və oyandığı vaxt yalnız genetik xüsusiyyətlərimizdən deyil, həm də yaşlanma prosesindən asılıdır.

Yaşlandıqca bədənimiz həm daxildən, həm də xaricdən dəyişir. Mütəxəssislərin fikrincə, məhz bu dəyişikliklər yaşlı insanlarda yuxu rejiminin fərqli olmasının əsas səbəblərindəndir.

Erkən oyanmaq təbii qocalma prosesinin bir hissəsidir

Fiziki və psixi sağlamlığımızın digər xüsusiyyətləri kimi, beynimizin fəaliyyəti də yaşlandıqca dəyişir.

Alimlər hesab edirlər ki, yaşlanan beyin xarici siqnalları əvvəlki qədər yaxşı qəbul etməyə bilər. Beynin sinir əlaqələri daxil olan siqnalları əvvəlki kimi dəqiq qəbul edib onlara reaksiya verməyə bilər. Çünki beyin də yaşlanır. 

Bu siqnallara günəşin batması, gün işığı, yemək vaxtları, sosial fəaliyyətlər və fiziki aktivlik daxildir.

Bütün bunlar beynimizə günün hansı saatında olduğumuzu müəyyənləşdirməyə kömək edir və 24 saatlıq bioloji ritmimizi tənzimləyir.

Məsələn, gənc insanın beyni axşam yeməyindən sonra bir neçə saat ərzində yatmaq vaxtının yaxınlaşdığını anlaya bilər. Lakin yaşlı insanlarda bu əlaqə əvvəlki qədər güclü olmaya bilər.

Partasaratinin sözlərinə görə, beyinə vaxtla bağlı məlumatları ötürən sinir əlaqələri də yaşlanma prosesindən təsirlənir.

Nəticədə yaşlı insanlar çox vaxt övladlarından və nəvələrindən daha tez yorulurlar. Onlar axşam erkən yatdıqları üçün səhər də daha tez, bəzən tam dincəlmiş vəziyyətdə oyanırlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar