"Azercell"in yubiley lotereyasında hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır
19 oktyabr 2026 18:03 (UTC +04:00)

"Azercell"in yubiley lotereyasında hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır

0

19 oktyabrdan başlayaraq Fakturasız xətt abunəçiləri üçün lotereya şanslarının hesablanmasına başlanıldı

Azercell-in 30 illik yubileyinə həsr olunan “30 il səninlə” lotereyasında fakturasız xətt abunəçiləri 19 oktyabrdan etibarən şanslar qazanaraq iPhone telefonları, Toyota Corolla Cross avtomobilləri və finalda mənzil sahibi olmaq fürsəti əldə edirlər.

15 dekabr tarixinədək davam edəcək kampaniya çərçivəsində fakturasız xətt abunəçiləri arasında hər həftə canlı yayımlanan tirajda 7 iPhone və 1 Toyota Corolla Cross avtomobilinin qalibləri müəyyən ediləcək. iPhone telefonlarının hər biri üzrə qalib həftənin müvafiq günündə toplanmış şanslar arasından, avtomobilin qalibi isə həftə ərzində toplanmış şanslar əsasında seçiləcək.

Lotereyada iştirak etmək üçün “Azercell” tətbiqinin “Lotereya” bölməsindən qeydiyyatdan keçmək və ya 3035 qısa nömrəsinə START sözünü SMS-lə göndərmək kifayətdir. Qeydiyyatdan keçdikdən sonra abunəçilər balanslarını artırmaqla, eləcə də Azercell-in məhsul və xidmətlərindən yararlanmaqla lotereya şansları əldə edə bilərlər.

Əlavə şans qazanmaq istəyən abunəçilər üçün xüsusi şans paketləri də təqdim olunur. Şans paketlərini “Azercell” tətbiqi, USSD və SMS vasitəsilə aktivləşdirmək mümkündür. Hər paket abunəçilərə həm şəbəkədaxili danışıq dəqiqələri, həm də lotereya şansları qazandırır. Bundan əlavə, fakturasız xətt abunəçiləri mobil tətbiqdə təqdim olunan həftəlik tapşırıqları tamamlayaraq əlavə şanslar əldə edə və şanslarını beşqat artırmaq imkanı qazana bilərlər.

Qaliblər müəyyən edilmiş tarixlərdə keçirilən canlı tirajlarda təsadüfi seçim üsulu ilə müəyyən olunacaq. Əvvəlki tirajlarda uduş qazanmayan şanslar qüvvədə qalacaq və final tirajında da iştirak edəcək. Lotereyanın final tirajında isə qaliblərdən birini “28 May” metro stansiyasının yaxınlığında yerləşən mənzil gözləyir.

Lotereyanın şərtləri, iştirak qaydaları və hədiyyələr barədə ətraflı məlumatla Azercell-in rəsmi saytında tanış olmaq mümkündür.

Lotereyada iştirak edin, Azercell-in yubiley hədiyyələrinə sahib olmaq fürsətini qaçırmayın!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar