Həbsxanadan çıxdı: Səhər 5-ə qədər  ƏYLƏNDİ
28 mart 2024 23:07 (UTC +04:00)

Həbsxanadan çıxdı: Səhər 5-ə qədər ƏYLƏNDİ

Dünyanın ən titullu futbolçusu braziliyalı Dani Alveş həbsxanadan çıxdıqdan sonra səhər saat beşə qədər əylənib. 

Lent.az bildirir ki, bu barədə “TyC Sports” İspaniyanın Asi es la vida proqramına istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, idmançı zaminə buraxılmasını malikanəsində qeyd edib. Qeyd olunur ki, şənlikdə Alvesin təkcə ailə üzvləri deyil, dostları da olub.

Fevralın 22-də futbolçu 2022-ci ildə gecə klubunda qıza təcavüz etdiyinə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Bir ay sonra Barselona məhkəməsi Alveşi bir milyon avro girov müqabilində müvəqqəti azadlığa buraxmağa razılıq verib.

Alveş Fransa, İtaliya, İspaniya çempionu olub və bu ölkələrin ölkə kuboklarını qazanıb. Braziliya milli komandasının üzvü kimi müdafiəçi Olimpiya Oyunlarının və Gənclər arasında Dünya Çempionatının qalibi olub, həmçinin hərəyə iki dəfə Amerika Kubokunu və Konfederasiyalar Kubokunu qazanıb.

# 1995
avatar

Oxşar yazılar