Uçan avtomobillər  satışa çıxarılacaq – Qiyməti açıqlandı
11 noyabr 2026 17:58 (UTC +04:00)

Uçan avtomobillər satışa çıxarılacaq – Qiyməti açıqlandı

0

Çində 2027-ci ilin yayından etibarən uçan avtomobillərin istifadəyə verilməsi planlaşdırılır.

Lent.az xəbər verir ki, Çinin XPeng şirkətinin hazırladığı iki nəfərlik uçan nəqliyyat vasitəsinin qiyməti təxminən 300 min dollar olacaq.

Şirkətin rəhbərlərindən Deyli Çaonun sözlərinə görə, aparat 2027-ci ilin ikinci yarısından etibarən kənd yerlərində istirahət məqsədilə və fövqəladə hallar xidmətlərində istifadə oluna bilər.

Təxminən “Fiat 500” avtomobili ölçüsündə olan uçuş kabinəsi altı elektrik pəri vasitəsilə havaya qalxır. Aparatı sadə coystiklə idarə etmək mümkündür. Bundan başqa, o, əvvəlcədən müəyyən edilmiş istiqamətə avtonom şəkildə uça bilir.

Uçan avtomobil altıtəkərli xüsusi nəqliyyat vasitəsi ilə birlikdə təqdim ediləcək. Uçuş aparatı həmin avtomobilin arxa hissəsindən çıxarılaraq istifadəyə hazırlanır.

XPeng-in istehsalı olan aparat yerdən bir kilometrədək hündürlüyə qalxa və hazırda bir enerji dolumu ilə 30 kilometr məsafə qət edə bilir. Şirkət gələcəkdə bu göstəricini 60 kilometrə çatdırmağı planlaşdırır.

Çin aviasiya qurumlarının məhdud istifadə üçün icazə verdiyi aparat ilkin mərhələdə yalnız xüsusi ayrılmış ərazilərdə və fövqəladə hallar xidmətlərində istifadə olunacaq.

Şirkət gələcəkdə uçan avtomobilləri Avropa bazarına da çıxarmağı hədəfləyir. Birləşmiş Ərəb Əmirlikləri və Cənub-Şərqi Asiya ölkələri ilə bu istiqamətdə razılaşmalar əldə olunduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 100

Oxşar yazılar