İtaliyanın qol kralının bu komandaya transferi  hamını TƏƏCCÜBLƏNDİRDİ
22 iyul 2025 13:02 (UTC +04:00)

İtaliyanın qol kralının bu komandaya transferi hamını TƏƏCCÜBLƏNDİRDİ

Səudiyyə Ərəbistanı liqasının “Əl-Qədsiah” komandası İtaliya A Seriyasında ötən ilin bombardiri Mateo Reteqini transfer etdiyini açıqlayıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, italyalı hücumçunun adı bir çox Avropa nəhəngləri ilə hallanırdı. Onun Səudiyyə Ərəbistanına transferi futbol dünyasında xeyli təəccüb doğurub. 

Səudiyyə Ərəbistanının "Əl Qadsiah" klubu 26 yaşlı ulduz hücumçu ilə 3 illik müqavilə imzaladığını açıqlayıb. Səudiyyə klubu Reteqiyə 75 milyon avro transfer haqqı ödəyəcək. 

Adı Avropanın bir çox böyük komandası ilə hallanan italyan hücumçu transfer seçimi olaraq Səudiyyə Ərəbistanını seçdiyi zaman futbol dünyasında böyük sürprizlə qarşılanıb. 

Futbolçu karyerasına Argentina Liqasının "River Pleyt" komandası ilə başlayan Reteqi ötən il "Atalanta"nın heyətində 49 oyuna çıxıb, 28 qol vurub və 9 məhsuldar ötürmə verib. A Seriyasında 25 qolla Reteqi 2024-2025 mövsümünün bombardiri olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar