"Liverpul" ikinci yay transfer rekorduna  hazırlaşır?
21 iyul 2025 10:30 (UTC +04:00)

"Liverpul" ikinci yay transfer rekorduna hazırlaşır?

"Liverpul" hücum xəttini gücləndirməyə ciddi hazırlaşır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, İngiltərə klubu hələ də "Ayntraxt"dan 23 yaşlı Yuqo Ekitikeni transfer etməyə ümid edirlər.

İngilislər artıq alman klubuna fransalı ilə müqavilə imzalamaq üçün təklif versələr də, rədd edilib. Jurnalist Saşa Tavolieri əmindir ki, "Liverpul" yaxın saatlarda yenidən "Ayntraxt"la anlaşmağa çalışacaq.

İngilislərin 80 milyon avro + 10 milyon avro bonus təklif edəcəyi gözlənilir. Almanların razılaşacağı güman edilir.

Qeyd edək ki, sövdələşmə baş tutsa, transfer artıq "Liverpul"da çıxış edən Virtsin transferindən başqa, cari transfer pəncərəsində ən bahalı transfer olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar