Türkiyənin Antalya şəhərində keçirilən COP31 İqlim Sammitinə sənət dünyasından da dəstək gəlib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, məşhur müğənni Sertab Erener sammit üçün xüsusi “One Home – Tek Ev” adlı mahnı hazırlayıb.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in prezidenti Murat Kurum Sertab Erenerin ifa etdiyi mahnını sosial şəbəkə hesabında paylaşıb. Nazir paylaşımında dünyanın vahidliyi və bəşəriyyətin ortaq gələcəyi məsələsini vurğulayaraq sənətçiyə verdiyi töhfəyə görə təşəkkür edib.
Murat Kurum mahnının iqlim diplomatiyasına güclü dəstək olduğunu bildirib.
Qeyd edək ki, Türkiyənin ev sahibliyi ilə noyabrın 9-dan 20-dək Antalyada keçirilən COP31 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə və ekoloji maarifləndirmənin artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.