"Liverpul"dan misirli ulduzun  pərəstişkarlarına şad xəbər 
01 may 2026 19:06 (UTC +04:00)

"Liverpul"dan misirli ulduzun pərəstişkarlarına şad xəbər 

0

Bu yaxınlarda “Liverpul”un ulduzu Məhəmməd Salahın pərəstişkarları sevimli oyunçularının “Enfildd”əki vida oyununda iştirak edə bilməyəcəyi xəbərindən kədərləniblər. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, lakin misirlinin zədəsi yüngül olub və o, tezliklə meydana qayıda biləcək.

Bu məlumatı rəsmi olaraq komandanın mətbuat xidməti açıqlayıb və əlavə edilibb ki, Məhəmməd Salah bu mövsümün sonuna qədər “Liverpul”da oynaya bilər.

33 yaşlı futbolçu ötən həftə Premyer Liqanın 34-cü turunda "Kristal Palas"a qarşı keçirilən oyunda zədə alıb. Zədədən dərhal senra hər kəs Salahın azarkeşləri qarşısında vida oyununda iştirak edə bilməyəcəyini düşünməyə başlayıb.

Məlum olduğu kimi, misirlinin klubla, xüsusən də baş məşqçi Arne Slotla münasibətləri son vaxtlar yaxşı getmir.

Nəticə etibarilə, “mersisaydlılar”ın veteranı bu yay komandadan ayrılmağı planlaşdırır və bunu özü bir ay əvvəl elan edib.

Məhəmməd Salah Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçə bilər.

Hələlik azarkeşlər sevimlilərini mayın 9-da "Çelsi"nin gələcəyi "Enfild"də gözləyirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar