Nikah mərasimində yaxa mikrofonlarının açıq olduğunu unudan bəylə gəlinin öz aralarındakı söhbəti bütün zala yayılıb.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, gəlin bəyə pıçıltı ilə “Alnımdan öpəcəksən” deyib. Bəy isə ona “Hər yerindən öpərəm” cavabını verib.
Cütlüyün bu səmimi dialoqu səsgücləndiricilərdən eşidiləndə qonaqlar gülüşə boğulublar.
Həmin anların görüntüləri sosial şəbəkələrdə paylaşılaraq qısa müddətdə minlərlə baxış toplayıb.