Messidən  Dünya Çempionatında daha bir ilk
17 iyun 2026 11:12 (UTC +04:00)

Messidən Dünya Çempionatında daha bir ilk

0

Argentinanın ulduzu Lionel Messi Dünya Çempionatı tarixində ən çox qol vuran iki futbolçudan biri olub.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, J qrupunun ilk oyununda Əlcəzairlə qarşılaşmada het-trik edən hücumçu çempionat tarixindəki qol sayını 16-a yüksəldib.

Bununla da o, 16 qolla siyahıya liderlik edən alman hücumçu Miroslav Klose ilə birlikdə çempionat tarixinin ən çox qol vuran futbolçusu mövqeyini bölüşüb. Messi 1 qol daha vuracağı təqdirdə bu siyahıda tək lider olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 938

Oxşar yazılar