Milli komanda azakeşlərinə görəcəzalandırıldı  - "Avro-2024"
19 iyun 2024 14:06 (UTC +04:00)

Milli komanda azakeşlərinə görəcəzalandırıldı - "Avro-2024"

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Avro-2024”ün qrup mərhələsinin 1-ci turunun İtaliya millisi ilə oyununda azarkeşlərin nalayiq davranışına görə Albaniya millisini cərimələyib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Albaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ümumilikdə, azarkeşlərin meydançaya yad əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi, futbol meydançasına daxil olması və təxribat xarakterli mesajlar nümayiş etdirməsi səbəbindən Albaniya 37,3 min avro məbləğində cərimələnib.

Xatırladaq ki, Albaniya yığması İtaliyaya 1:2 hesabı ilə uduzub. Eyni zamanda, albanlar 23-cü saniyədə topu İtaliyanın qapısına göndərərək, Avropa Çempionatları tarixində ən sürətli qolu vurmağı bacarıblar. Növbəti oyunda Albaniya millisi Xorvatiya millisi ilə qarşılaşacaq. Qarşılaşma iyunun 19-da, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2400
avatar

Oxşar yazılar