Mourinyo onun dahi məşqçi  olmasına kömək edən futbolçunun adını  çəkdi
22 avqust 2025 16:14 (UTC +04:00)

Mourinyo onun dahi məşqçi olmasına kömək edən futbolçunun adını çəkdi

Mütəxəssis etiraf edib ki, bu futbolçu onu oyun strategiyası haqqında çox düşündürüb.

Tanınmış futbol məşqçisi Joze Mourinyo onun məşqçilik bacarığını inkişaf etdirməsinə ən çox kömək edən futbolçu ilə bağlı sualı cavablandırıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki,  portuqaliyalı mütəxəssis 8 dəfə “Qızıl top”un qalibi Lionel Messinin adını çəkib. 

"Messi. Çünki ona qarşı oynadığımız hər dəfə o, məni çox düşündürürdü", - Mourinyo izah edib. Həmin vaxt Mourinyo “Real”ın baş məşqçisi olub (2010-2013), Messi isə “Barselona”da (2000-2021) çalışıb.

Kataloniya klubunun heyətində Messi bütün turnirlərdə 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310

Oxşar yazılar