Mourinyo "Roma"dan gedir
29 may 2023 10:57 (UTC +04:00)

Mourinyo "Roma"dan gedir

“Roma”nın baş məşqçisi Joze Mourinyo bu yay vəzifəsini tərk edəcək.

Lent.az xarici mediaya istinadla bildirir ki, hazırda bu məsələ ilə bağlı klubla portuqaliyalının nümayəndələri arasında dialoq gedir. Böyük ehtimalla portuqaliyalı mütəxəssis “Roma”dan ayrılacaq.

Məşqçinin rəsmi qərarı “Roma”nın “Sevilya” ilə qarşılaşacağı Avropa Liqasının finalından sonra məlum olacaq.

60 yaşlı Mourinyo 2021-ci ilin iyulundan “Roma”da çıxış edir. İtaliya klubu A Seriyasında 60 xalla altıncı pillədə qərarlaşıb. Ötən mövsüm mütəxəssis Roma klubu ilə Konfrans Liqasının qalibi olub. Portuqaliyalı çalışdırıcının İtaliya klubu ilə müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

# 2028
avatar

Oxşar yazılar