Avropanın yaşıl meydanlarında yeni mövsümə hazırlıq çərçivəsində yoldaşlıq görüşləri keçirilir.
Lent.az xəbər verir ki, belə görüşlərdən birində Türkiyənin "Qalatasaray" klubu ilə İtaliya "Latsio"su üz-üzə gəliblər.
İstanbulda baş tutan matç sülhlə bitib. Tərəflərdən hər biri rəqib qapısını 2 dəfə silkələməyi bacarıblar - 2:2.
Meydan sahiblərindən Torreyra (10, 75) dubla imza atıb. Qonaqlar üçün qolları isə Sançes (33, avtoqol) və Dzakkanyi (45+2) vurublar.