“Qızıl top” oktyabrın 30-da veriləcək, namizədlər  bu tarixdə   açıqlanacaq
09 iyun 2023 15:20 (UTC +04:00)

“Qızıl top” oktyabrın 30-da veriləcək, namizədlər bu tarixdə açıqlanacaq

"Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb.

Lent.az-ın xarici mətbbuata istinadla xəbərinə görə, Fransanın “France Football” jurnalı 2022/23 mövsümünün sonunda dünyanın ən yaxşı futbolçusunun adını oktyabrın 30-da Parisdəki “Şatle” teatrında xüsusi mərasim zamanı açıqlayacaq.

Namizədlərin adları sentyabrın 6-da açıqlanacaq.

2022-ci ildə "Qızıl top"u "Real"da çıxış edən hücumçu Kərim Benzema alıb. 2022-ci ildən etibarən mükafat təqvim ilinə deyil, mövsümün nəticələrinə əsasən verilir.
 

# 1290
avatar

Oxşar yazılar