"Real" yeni yarımmüdafiəçi almaq üçün onu sata bilər
09 fevral 2026 15:51 (UTC +04:00)

"Real" yeni yarımmüdafiəçi almaq üçün onu sata bilər

0

"Real" "Nyukasl" və İtaliya millisinin ulduzu Sandro Tonali ilə müqavilə imzalamağı ciddi nəzərdən keçirir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Real" 2026-cı ilin yayında "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali ilə müqavilə imzalamağı planlaşdırır, lakin İspaniya klubu bunun üçün kimisə satmalı olacaq.

Məlumata görə, "Mançester Yunayted" mərkəz müdafiəçisi Eder Militao üçün "Real"a təklif göndərib.

Çox güman ki, "Kral klubu" “Nyukasl”ın təxminən 100 milyon avro tələb etdiyi Tonalini əldə etmək üçün 28 yaşlı braziliyalı oyunçunun Premyer Liqaya transferinə razılıq verəcək.

"Mançester Yunayted"in Militao üçün 40 milyon avro təklif etdiyi bildirilir. Müdafiəçinin "Real" ilə müqaviləsi 2028-ci ilə qədərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar