Baş İdarədən ƏMƏLİYYAT:  iranlının adamları Bakıda tutuldu
09 fevral 2026 09:23 (UTC +04:00)

Baş İdarədən ƏMƏLİYYAT: iranlının adamları Bakıda tutuldu

0

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda keçirilən növbəti tədbir zamanı 28 yaşlı İsmayıl Muradov və 32 yaşlı Çingiz Quliyev saxlanılıblar.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. 

İ.Muradov və Ç.Quliyevin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar