Beyin əməliyyatı keçirən "Böyük Seva"nın SON DURUMU
09 fevral 2026 10:39 (UTC +04:00)

Beyin əməliyyatı keçirən "Böyük Seva"nın SON DURUMU

0

56 yaşlı Sevda Həsənova Respublika Neyrocərrahiyyə Xəstəxanasının Reanimasiya şöbəsindən Baş-beyin şöbəsinə köçürülüb.

Bu barədə Lent.az-a Respublika Neyrocərrahiyyə Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, fevralın 6-ı jurnalist Sevda Həsənovanın üzərində sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı icra edilib.

Xatırladaq ki, Sevda Həsənova uzun illər ANS telekanalında çalışıb və mediada "Böyük Seva" kimi tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar