Luis Suares rəqibə tüpürdüyü üçün Liqa Kubokunda 6 oyunluq cəzalanıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Böyük Futbol Liqasının (MLS) “İnter Mayami” klubunun uruqvaylı hücumçusu Luis Suares turnirin finalında davranışına görə Liqa Kubokunda altı oyunluq cəzalanıb.
Bazar ertəsi gecə "İnter Mayami" Liqa Kubokunun finalında "Sietl Saunders"ə 0:3 hesabı ilə darmadağın olub. Oyundan sonra meydanda kütləvi dava düşüb və bu zaman Suares “Sietl” təmsilçisinə tüpürüb. 38 yaşlı futbolçu daha sonra davranışına görə üzr istəyib.
Qadağa MLS oyunlarına şamil edilməyəcək, lakin qeyd edilir ki, Suares hələ də liqadan sanksiyalarla üzləşə bilər.
Suaresdən başqa, "Sietl Saunders"in baş məşqçisi Stiven Lenhart (5 oyun), eləcə də "İnter Mayami"nin futbolçuları Tomas Aviles (3) və Serxio Buskets (2) oyunsonrası davada iştirakları üçün cəzalandırılıb.
Liqa Kuboku MLS və Meksikanın Liga MX klubları arasında keçirilən turnirdir. “İnter Mayami” 2023 mövsümündə kuboku qazanıb.