Kriştiano Ronaldo bir dəfə Lionel Messinin 2017-ci ildə “Qızıl top”u qazandığını öyrəndikdən sonra şəxsən zəng edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, həmin vaxt Ronaldonun dörd, Messinin isə beş “Qızıl top”u olub.
Ronaldo Messi ilə bərabər beşinci “Qızıl top”u qazanmağa hazır idi. Amma nəticənin rəsmi elan edilməsindən əvvəl mediaya məlumatlar sızıb və Ronaldo bundan öncədən xəbər tutub.
İspaniyanın "Don Balon" nəşrinin məlumatına görə, Ronaldo Messiyə zəng edərək qələbəsini ona çatdırıb.
Luka Modriç 2018-ci ildə onların üstünlüyünə son qoyub, lakin Messi sonradan daha üç “Qızıl top” qazanıb və onun sayını 8-ə çatdırıb. Ronaldo 2017-ci ildən bəri bu mükafatı qazana bilmir.