Kriştiano Ronaldo
07 oktyabr 2026 10:14 (UTC +04:00)

Kriştiano Ronaldo

Ronaldo millidən GETDİ: Sirli açıqlama gündəmi qarışdırdı

0

Kriştiano Ronaldo Portuqaliya millisinin düşərgəsini tərk edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı futbolçu bu qərarı Portuqaliya Futbol Federasiyasının prezidenti ilə söhbətdən sonra verdiyini bildirib.

Ronaldo sosial şəbəkədə açıqlama yayaraq düşərgədən ayrıldığını təsdiqləyib və bunun səbəblərini “vaxtı gələndə” açıqlayacağını bildirib. O, komanda yoldaşlarına qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Hadisə Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşla Ronaldo arasında gərginlik olması barədə xəbərlərdən sonra baş verib. Jezuş isə tərəflər arasında ciddi münaqişə olmadığını deyib.

Ronaldo Norveçlə 2:1 hesabı ilə başa çatan oyunda meydana çıxmayıb. Baş məşqçi onun həmin görüşdə ehtiyatda qalmasından narazı ola biləcəyini etiraf edib.
Portuqaliya millisinin qarşıdakı oyunda Danimarka ilə qarşılaşacağı bildirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar