Kriştiano Ronaldo oğlu ilə fotosunu yayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 15 yaşlı Kristiano boyca atasına az qala yetişib.
Oğlan U-15 Portuqaliya millisində oynayır, atasının üslubunu kopyalayır və qolları "SIU" imzası ilə qeyd edir.
Ronaldo oğlunu ciddi şəkildə böyüdür:
- qazlı içkilər və ya fast food qətiyyən olmaz
- cədvəl üzrə məşq
- telefon və ya sosial şəbəkə yoxdur
- onunla eyni komandada oynamaq arzusundadır
Ata Ronaldo deyir: "Mən futbolda israrlı deyiləm. Əsas odur ki, seçdiyin işdə ən yaxşısı olasan".
Ailə çox şey yaşayıb: Ronaldonun beş uşağı var və o, doğuş zamanı bir oğlunu itirib. Bu, onları yalnız bir-birinə yaxınlaşdırıb. Oğul Kriştiano artıq "Əl-Nəsr"in əsas komandasına yollanır.
Onların ümumi məqsədi var - birlikdə oynamaq.