"Tarixin  ən böyük   toylarından biri" - Yetim bəy  tanımadığı insanları   dəvət etdi - Hamı axışıb  gəldi
03 noyabr 2026 16:07 (UTC +04:00)

"Tarixin ən böyük toylarından biri" - Yetim bəy tanımadığı insanları dəvət etdi - Hamı axışıb gəldi

0

Çində valideynlərini erkən yaşda itirən gəncin toyuna sosial şəbəkələr vasitəsilə tanımadığı insanları dəvət etməsi böyük marağa səbəb olub. Onun çağırışına yüzlərlə insanın cavab verməsi nəticəsində kiçik bir kənddə keçirilən mərasim ölkənin ən çox danışılan toylarından birinə çevrilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Çinin Yunnan əyalətinin Çaotun şəhərində baş verib. 24 yaşlı Syao Syao Süy valideyn himayəsindən məhrum böyüdüyü üçün toyuna çox az adamın gələcəyindən narahat olub. Buna görə də o, sosial şəbəkələrdə video paylaşaraq tanımadığı insanları xoş gününə dəvət etmək qərarına gəlib.

wedding

Məlumata görə, gənc videoda həyat hekayəsini danışıb. O bildirib ki, atası üç yaşı olanda vəfat edib. Anası isə sonradan yenidən ailə quraraq onu və qardaşını öz qayğılarına buraxıb. Beləliklə, iki qardaş uşaqlıqdan bir-birinə dayaq olaraq böyüyüb.

Yaxın qohumlarının sayı az olan Syao toyunda qonaqların kifayət qədər olmayacağından ehtiyat edib. Üstəlik, o, toy xərclərini qarşılamaq üçün uzun müddət ağır işlərdə çalışaraq pul yığıb. Gənc bütün çətinliklərə baxmayaraq, həyatının ən xoşbəxt gününü unudulmaz keçirmək istəyib.

Onun sosial şəbəkələrdə etdiyi çağırış isə gözlənilməz nəticə verib. Yüzlərlə insan dəvətə müsbət cavab verərək toy mərasiminə qatılmağa qərar verib.

Maraqlısı odur ki, gələnlər yalnız toyda iştirak etməklə kifayətlənməyiblər. Onlar mərasimin təşkilinə də könüllü şəkildə kömək ediblər.

Yerli medianın məlumatına görə, çoxsaylı aşpaz toy qonaqları üçün tamamilə pulsuz yemək hazırlamağı təklif edib. Bəzi şəxslər isə yeni evlənən cütlük üçün dəbdəbəli avtomobillərdən ibarət toy karvanı təşkil ediblər.

Digər könüllülər bəylə gəlinin evini bəzəyib, bəziləri ərzaq məhsulları gətirib, bir qrup insan isə qonaqlara şirniyyat paylayıb.

Beləliklə, əvvəlcə azsaylı qonaqla keçirilməsi gözlənilən toy yüzlərlə insanın iştirak etdiyi möhtəşəm mərasimə çevrilib.

Mərasimdə dəqiq neçə nəfərin iştirak etdiyi hələlik məlum deyil. Bununla belə, sosial şəbəkə istifadəçiləri bu hadisəni “Çin tarixinin ən böyük toylarından biri” adlandırıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar