"Time" Messini seçdi
05 dekabr 2023 22:45 (UTC +04:00)

"Time" Messini seçdi

Argentina millisi və "İnter Mayami"nin hücumçusu Lionel Messi ilin idmançısı seçilib.

Lent.az xəbər verir ki, bu barədə Amerikanın "Time" jurnalı futbolçunu ilin idmançısı elan edib.

Qeyd edək ki, 2023-cü ildə Messi səkkizinci dəfə Ballon d'Or mükafatını qazanıb.

Həmçinin PSJ ilə Fransa Liqa 1 və Fransa Super Kubokunu qazanıb.

Eyni zamanda, "İnter Mayami"nin heyətində Messi Amerika klubu ilə ilk kubokunu - Liqa Kubokunu qazanb.

Bu yay Messi Devid Bekxemə məxsus “İnter Mayami” klubuna keçib.

14 matçda argentinalı 11 qol vurub.

Xatırladaq ki, Messi 2022-ci ildə Argentina millisinin tərkibində ilk dəfə dünya kubokunu qazanıb.

# 3030
avatar

Oxşar yazılar