Üzgüçü Bosfor boğazında yarış zamanı itkin düşdü
25 avqust 2025 16:38 (UTC +04:00)

Üzgüçü Bosfor boğazında yarış zamanı itkin düşdü

Rusiyalı üzgüçü Nikolay Sveçnikov Bosfor boğazında keçirilən “Qitələrarası üzgüçülük yarışı” zamanı itkin düşüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, yarışda 2800-dən çox üzgüçü iştirak edib. Sveçnikov finişə çata bilməyən yeganə iştirakçı olub. Şahidlərin sözlərinə görə, o, startdan təxminən 500–600 metr sonra gözdən itib.

Qeyd edək ki, Bosfor üzgüçülük yarışı hər il keçirilir. İdmançılar İstanbulun Asiya hissəsindən start götürüb, Avropa hissəsində finişə çatırlar. Məsafə 6,5 km təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250

Oxşar yazılar