Azərbaycanın 5 rayonunda kəhrizlər bərpa olunur
0
0
Kəhrizlər əhalinin davamlı su təchizatı üçün bərpa olunur
Azərbaycanın Samux, Göygöl, Bərdə, Tərtər və Goranboy rayonlarında kəhrizlərin bərpası işi aparılır. Əsas məqsəd əhalinin davamlı su təchizatıdır. Kəhrizlər ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun donorluğu ilə Beynəlxalq Miqrasiya Təşkilatının Mingəçevir ofisi tərəfindən həyata keçirilir. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, mayın 20-də “Kəhrizlərin bərpası” layihəsi çərçivəsində Göygölün Balçılı kəndində bərpa olunan kəhriz istifadəyə verilib.
Bununla bağlı keçirilən tədbirə Beynəlxalq Miqrasiya Təşkilatının Mingəçevir ofisinin rəhbərliyi, Göygöl rayon İcra Hakimiyyəti və kənd bələdiyyəsi nümayəndələri və kənd sakinləri qatılıb. Beynəlxalq Miqrasiya Təşkilatının Mingəçevir ofisinin rəhbəri Əşrəf Mirzəzadə çıxış edərək bildirib ki, kənddəki kəhriz 60 il ərzində 1-ci dəfə bərpa olunub. İndi artıq kəhrizin su sərfi 5 litrdən 70 litrə yüksəlib. Bu isə o deməkdir ki, 42-si məcburi köçkün olmaqla, 1150 ailə, yəni 4020 nəfər davamlı su ilə təmin olunacaq. Digər ərazilərdə bərpa olunan kəhrizlər isə yaxın gələcəkdə istifadəyə veriləcək.
Vüsalə Cənnətova

Oxşar yazılar

Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05
“Sürətli Şans” başladı: “Azərlotereya” ilə “Toyota Corolla” və pul mükafatları qazan!
2 sentyabr 2025 , 10:47
Azərbaycanın bu ərazilərində işıq olmayacaq
2 sentyabr 2025 , 09:50