İpoteka kreditləşməsində fasilə
0
0
Bəzi banklar kreditləşmə üçün limitin başa çatdığını elan edib
Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına ipoteka kreditləşməsini həyata keçirən müvəkkil bankların bir qismi sənədlərin qəbulunu dayandırıb. Buna səbəb kimi iyunun 1-dən start götürən ipoteka kreditləri üçün ayrılan vəsaitlərin xərclənməsi göstərilir.
Belə müvəkkil təşkilatlardan biri “Bank of Azerbaijan”dır. Bankın marketinq şöbəsindən Lent.az-a bildiriblər ki, yaxın günlərədək bank adi ipoteka ilə yanaşı sosial ipoteka kreditləri də verirdi. İndi isə kreditləşmə üçün maliyyə limiti dolduğundan ötən həftənin əvvəlindən sənədlərin qəbulu dayandırılıb.
Bankda bildirirlər ki, ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün Azərbaycan İpoteka Fondu tərəfindən müvəkkil təşkilatların hər birinə bərabər həcmdə vəsait ayrılmışdı. “Bank of Azerbaijan” bu limitə uyğun kredit vəsaitlərinin hamısını demək olar ki, xərcləyib. Bu səbəbdən də ötən həftədən etibarən kreditləşmə üçün əlavə müraciətlər qəbul edilmir.
Müvəkkil təşkilatlar üçün maliyyə limitinin olduğunu və bu səbəbdən yeni müraciətlərin dayandırıldığını “Unibank” Kommersiya Bankında da təsdiqləyirlər. Bankın kredit şöbəsindən aldığımız məlumata görə, ilkin mərhələdə ayrılmış 1 milyon manatlıq limitlə orta hesabla 30 mənzili maliyyələşdirmək mümkündür. Bu isə əvvəlki illərdə kreditləşməyə qəbul edilmiş, lakin maliyyələşdirilməmiş mənzillərin alınmasına güclə çatır. Hazırda isə əvvəlki dövrdən qalmış kreditləşmə üzərində sənədləşmə işləri aparılır.
Azərbaycan İpoteka Fondundan isə bildiriblər ki, kreditləşmə üçün müraciətlərin qəbulunun dayandırılması müvəqqəti xarakter daşıyır. Belə ki, fond öz vəsaitlərini mərhələ-mərhələ müvəkkil banklar arasında bölüşdürür və növbəti mərhələ üçün nəzərdə tutulmuş vəsaitlər yaxın vaxtlarda bankların hesabına köçürüləcək.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05